Rusiya vətəndaşıları İrandan Azərbaycan vasitəsilə təxliyə edilib
02-mart-2026
Türkan Nəbi
Yazı Ölçüsü:
Rusiyanın Bakıdakı səfirliyi İrandan Azərbaycan sərhədi vasitəsilə 50 Rusiya vətəndaşının təxliyə edildiyini bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə Səfirliyin açıqlamasında qeyd edilir.
“Rusiyanın Azərbaycandakı səfirliyi məlumat verir ki, 2026-cı il martın 1-də Rusiya vətəndaşlarının İran və Azərbaycan arasındakı dövlət sərhədini "Astara" buraxılış məntəqəsi vasitəsilə təşkil olunmuş şəkildə keçidi başlayıb. Hazırkı məlumata görə, sərhədi 50 Rusiya Federasiyası vətəndaşı keçib”, – deyə diplomatik nümayəndəliyin açıqlamasında qeyd olunub.
Səfirliyin əməkdaşları Azərbaycan hakimiyyət orqanları ilə birgə vətəndaşlara hərtərəfli yardım göstəriblər.