—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Rusiya–Azərbaycan iqtisadi əməkdaşlığına dair Bakıda mühüm iclas keçiriləcək

02-mart-2026
Türkan Nəbi
Rusiya–Azərbaycan iqtisadi əməkdaşlığına dair Bakıda mühüm iclas keçiriləcək
Yazı Ölçüsü:
Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafı, ticarət dövriyyəsinin artırılması və “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin genişləndirilməsi məsələləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev arasında keçirilən görüşün əsas mövzularını təşkil edib.
"PostMedia" xəbər verir ki, tərəflər iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının 2026-cı ilin aprelində Azərbaycanda keçirilməsi barədə razılığa gəliblər. Görüş Rusiya–Azərbaycan qarşılıqlı əlaqələrinə xas olan konstruktiv və dostluq atmosferində baş tutub.
Danışıqlar zamanı “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı, onun buraxılış qabiliyyətinin artırılması və nəqliyyat-logistika infrastrukturunun təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Həmçinin avtomobil, dəmir yolu və dəniz nəqliyyatı ilə iki ölkə arasında yükdaşımaların artırılması imkanları müzakirə olunub. Rusiya–Azərbaycan dövlət sərhədində yerləşən buraxılış məntəqələrinin səmərəli fəaliyyəti qeyd edilib və onların modernləşdirilməsinin məqsədəuyğunluğu vurğulanıb.
Tərəflər ticarət-iqtisadi, sənaye, energetika, aqrar və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu bildiriblər. Orta və uzunmüddətli perspektiv üçün birgə investisiya layihələrinin həyata keçirilməsi imkanları da yüksək qiymətləndirilib.
Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib ki, son aylarda münasibətlərdə yaşanan çətinliklərə baxmayaraq, Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq dinamik inkişafını davam etdirib. Onun sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi demək olar ki, 5 milyard ABŞ dollarına çatıb.
Kateqoriyalar