—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Overçuk İlham Əliyevlə görüşdə AZAL təyyarəsi ilə bağlı faciəni müzakirə edib

02-mart-2026
Admin
Overçuk İlham Əliyevlə görüşdə AZAL təyyarəsi ilə bağlı faciəni müzakirə edib
Yazı Ölçüsü:
Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə 2024-cü ildə “Azerbaijan Airlines” (AZAL) aviaşirkətinə məxsus təyyarə ilə bağlı baş vermiş faciə ilə əlaqədar məsələləri müzakirə edib.
"PostMedia" xəbər verir ki, Overçuk jurnalistlərə açıqlamasında bunları deyib:
“Bu gün səhər Azərbaycanda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümüz oldu. Görüşdə 2024-cü il dekabrın 25-də Rusiya hava məkanında baş vermiş faciə ilə bağlı məsələləri müzakirə etdik. Bu çərçivədə yaranmış bütün problemlərin həlli üçün gələcək addımlar barədə razılığa gəldik”.
Kateqoriyalar