—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp İrana dair bəyanatla çıxış edəcək

02-mart-2026
Turan Hüseynli
Tramp İrana dair bəyanatla çıxış edəcək
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Trampın İrana dair bəyanatla çıxış etməsi gözlənilir.
"PostMedia" "ABC News" telekanalına istinadən xəbər verir ki, bəyanat Ağ Evdə saat 11:00-da (Bakı vaxtı ilə 20:00) veriləcək.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevral tarixindən etibarən İrana qarşı genişmiqyaslı hərbi əməliyyat həyata keçirib. Ağ Ev hücumları İranın raket və nüvə təhlükəsi iddiaları ilə əsaslandırıb. Eyni zamanda ABŞ rəhbərliyi İranda əhalini öz hökumətinə qarşı çıxmağa və hakimiyyəti ələ keçirməyə çağırıb.
Hücum nəticəsində İranın ali lideri ayətullah Əli Xameneyi və İslam Respublikasının digər bir sıra yüksək səviyyəli rəhbər şəxsləri həlak olub. İran İnqilab Keşikçiləri Korpusu isə cavab əməliyyatının aparıldığını elan edib.
Kateqoriyalar