6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Daxili xəbərlər

Dövlət Agentliyi “Azərişıq” barədə iş qaldırdı - ARAŞDIRMA

10-mart-2026
Dövlət Agentliyi “Azərişıq” barədə iş qaldırdı - ARAŞDIRMA
Yazı Ölçüsü:
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Azərişıq" ASC ilə əlaqədar araşdırmalara başlayıb.
"PostMedia"nın məlumatına görə, bu araşdırmalar rəqabət qanunvericiliyinin pozulması ilə bağlıdır.
Vətəndaşlardan Agentliyə, elektrik enerjisi borclarının hesablanmasından sonra qanunvericilikdə nəzərdə tutulan 1 ay müddət gözlənilmədən elektrik təchizatının dayandırıldığı barədə müraciətlər edilib.
Bu vəziyyət rəqabət qanunvericiliyinin pozulması kimi qiymətləndirilərək araşdırmalara səbəb olub.
Araşdırmalar nəticəsində müəyyən edilən rəqabət qanunvericiliyinin pozulma hallarına görə "Azərişıq" ilə bağlı iş açılıb.
Bundan başqa, qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin elektrik şəbəkələrinin mühafizə zonasında yerləşməsindən dolayı "Azərişıq"ın mənfi rəy verməsi ilə əlaqədar daha bir vətəndaş müraciətləri daxil olub.
Bu istiqamətdə də rəqabət qanunvericiliyinin pozulması araşdırılmaqdadır.
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930