6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Finlandiya Prezidenti Azərbaycan liderinə zəng edib

10-mart-2026
Finlandiya Prezidenti Azərbaycan liderinə zəng edib
Yazı Ölçüsü:

Martın 10-da Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"PostMedia" xəbər verir ki, Aleksandr Stubb İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumu ilə əlaqədar ölkəmizə dəstəyini ifadə edib.

Azərbaycan Prezidenti telefon zənginə və göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Prezident İlham Əliyevlə Prezident Aleksandr Stubbun görüşləri və həmin görüşlər zamanı ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı aparılmış müzakirələr məmnunluqla xatırlanıb.

Azərbaycan və Finlandiya prezidentləri əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930