Britaniya Kralı III Çarlz və kraliça Kamilla Vaşinqtona səfər edəcəklər.
"PostMedia" BBC-yə istinadən xəbər verir ki, "Bukinqam sarayı" səfəri təsdiqləyib.
Məlumata görə, "Ağ ev"da onların şərəfinə rəsmi şam yeməyi təşkil olunacaq.
Məlumata görə, kral həmçinin ABŞ Konqresi qarşısında çıxış edəcək. Səfərin digər detalları isə hələ dəqiqləşdirilir. Geri qayıdarkən Çarlz Şimali Atlantik okeanında yerləşən Britaniyanın dənizaşırı ərazisi olan Bermud adalarına da baş çəkəcək.
Kralların dövlət səfərləri ilə bağlı qərar hökumət tərəfindən qəbul edilir. İranla müharibə fonunda iki ölkə arasında yaranan gərginlik səbəbindən səfərlə bağlı rəsmi açıqlama bir qədər gecikib, lakin hazırlıq işləri bu müddətdə davam edib.
Bu il ABŞ Böyük Britaniyadan müstəqilliyinin 250 illiyini qeyd edir. Bundan əlavə, kralın ABŞ-də yaşayan oğlu Prins Harri ilə görüşüb-görüşməyəcəyi məsələsi də böyük maraq doğurur.
