6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Qazaxıstan Ermənistanla hərbi kəşfiyyat sahəsində əməkdaşlıq edəcək

31-mart-2026
Qazaxıstan Ermənistanla hərbi kəşfiyyat sahəsində əməkdaşlıq edəcək
Yazı Ölçüsü:

Qazaxıstan hökuməti Ermənistan ilə hərbi kəşfiyyat sahəsində əməkdaşlıq haqqında saziş layihəsini təsdiqləyib.

"PostMedia" Xarici KİV-lərə istinadən xəbər verir ki, sazişə əsasən, tərəflər bir neçə istiqamətdə əməkdaşlıq edəcəklər. Bunlara səlahiyyətli qurumların rəhbərlərinin rəsmi səfərləri və ekspertlərin işçi görüşlərinin təşkili daxildir.

Bundan əlavə, tərəflər hərbi kəşfiyyat məlumatları və müvafiq mövzular üzrə ekspert qiymətləndirmələrinin qarşılıqlı mübadiləsini həyata keçirəcəklər.

Sənəddə həmçinin tərəflərin təhlükəsizlik maraqlarına təhdid yaradan beynəlxalq terrorçu və digər təşkilatlara qarşı mübarizə ilə bağlı məlumatların mübadiləsi nəzərdə tutulur.

Tərəflər regionda təhlükəsizliyə təhlükə yaradan hərbi-siyasi hadisələr və vəziyyətlər barədə məlumatların qarşılıqlı mübadiləsini və monitorinqini də həyata keçirəcəklər.

Bundan başqa, tərəflərin qarşılıqlı razılığı ilə əməkdaşlığın digər sahələrinin də inkişaf etdirilməsi planlaşdırılır.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930