Pakistanın xarici işlər naziri İsaq Dar çinli həmkarı Vanq Yi ilə danışıqlar aparıb.
"PostMedia" xəbər verir ki, bu barədə Pakistan XİN-i məlumat yayıb.
Görüş zamanı tərəflər ABŞ ilə İran arasında atəşkəsin vacibliyini vurğulayıblar. Bu müzakirələr ABŞ Prezidenti Donald Trampın Çinə planlaşdırılan səfəri ərəfəsində baş tutub.
Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər regional hadisələri və İslamabadın Vaşinqtonla Tehran arasında danışıqlara dəstək istiqamətində gördüyü işləri müzakirə ediblər.
“Hər iki tərəf atəşkəs rejiminin davamlı qorunmasının və Hörmüz boğazından gəmilərin maneəsiz keçidinin təmin edilməsinin vacibliyini vurğulayıb,” — deyə Pakistan XİN bildirib.
Məlumata görə, İran Donald Tramp və Si Cinpin arasında keçiriləcək qarşıdakı sammitin əsas mövzularından biri olacaq. Buna səbəb Çinin Tehranla uzunmüddətli müttəfiqliyi və İran neftinin ən böyük idxalçılarından biri olmasıdır.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
