6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Qarabağ

Azərbaycan və Emənistan ekspertləri bu dəfə Londonda yenidən görüşdülər

12-may-2026
Azərbaycan və Emənistan ekspertləri bu dəfə Londonda yenidən görüşdülər
Yazı Ölçüsü:

Azərbaycandan və Ermənistandan olan ekspertlər Londonda sülh prosesinin inkişafını, imkanlarını və risklərini müzakirə ediblər.

"PostMedia" bu barədə Ermənistan KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, Ermənistan Şurasının beyin mərkəzinin prezidenti və "Sülhə Körpü" təşəbbüsünün koordinatoru Areq Koçinyan görüş haqqında bunu deyib:

"Onilliklər davam edən münaqişələrdən sonra sülh təkcə siyasi danışıqlar yolu ilə deyil, həm də insanlar arasında etimad yolu ilə qurulur. Bu gün Ermənistan-Azərbaycan sülh prosesində yeni bir fürsət var və cəmiyyətlərin də bu yolda iştirak etməsi vacibdir. Londonda keçirilən görüşdə erməni və Azərbaycan ekspertləri sülh prosesinin hazırkı mərhələsini, onun imkanlarını və risklərini müzakirə ediblər".

O əlavə edib ki, davamlı sülh dialoq, etimad və uzunmüddətli əməkdaşlıq yolu ilə qurulur.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031