Bu gün Bakı vaxtı ilə saat 11:52-də Ermənistanın Armavir vilayəti yaxınlığında yanacaq daşıyan yük maşını qatarla toqquşub.
"PostMedia" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, ilkin məlumata görə, dizel yanacağı daşıyan yük avtomobili ilə yük qatarı toqquşub. Hadisə nəticəsində yanacaq sızması qeydə alınıb, lakin yanğın əlamətləri müşahidə olunmayıb.
Qəza nəticəsində bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
