6°C Bakı
1$ = 1.70₼
İnfrastruktur

Türkiyə və Ermənistan dəmir yolu və avtomobil nəqliyyatı əlaqələrini bərpa etmək istəyir

23-iyun-2026
Türkiyə və Ermənistan dəmir yolu və avtomobil nəqliyyatı əlaqələrini bərpa etmək istəyir
Yazı Ölçüsü:

Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan ilə Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu görüş keçirərək iki ölkə arasında nəqliyyat əlaqələrinin bərpasını müzakirə ediblər.

"PostMedia" xəbər verir ki, görüş barədə Uraloğlu "X" sosial şəbəkəsində yazıb.

“Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan ilə görüş zamanı ölkələrimiz arasında keçmişdə fəal şəkildə istifadə olunan dəmir yolu və avtomobil nəqliyyatı əlaqələrinin bərpası istiqamətində görülən işləri müzakirə etdik.

Öz ərazimizdə zəruri texniki xidmət və hazırlıq işlərinə başlayaraq, Ermənistan tərəfinin hazırlıq və tender prosedurlarının gedişini də qiymətləndirdik.

Bundan əlavə, Qars və Ani arasında yerləşən Ani tarixi körpüsünün bərpası məsələsinə toxunduq və ümumi tarixi irsimizin bu mühüm abidəsini yenidən həyata qaytarmaq üçün atılacaq addımları müzakirə etdik”.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930