6°C Bakı
1$ = 1.70₼
Maliyyə-Biznes

Mikayıl Cabbarovun xalası oğlu "Kapital Bank"ın rəhbərliyindən azad edilib

23-iyun-2026
Mikayıl Cabbarovun xalası oğlu "Kapital Bank"ın rəhbərliyindən azad edilib
Yazı Ölçüsü:

“Kapital Bank”ın rəhbərliyinə yeni təyinat olub.

"PostMedia" xəbər verir ki, bankın səhmdarlarının qərarı ilə İlya Arxipov Kapital Bank”ın Müşahidə Şurasının üzvü seçilib.

Bunun əvəzində Cəlal Qasımov bankın Müşahidə Şurasının üzvlüyündən ayrılıb.

Qeyd edək ki, sədr Fərid Məmmədovla birlikdə hazırda bankın MŞ-nin üzvlərinin sayı 5 nəfərdən ibarətdir. Oqtay Həsənov MŞ-nin üzvü, Marey Aleksey Aleksandrviç və Koşman Marqarita Vladimirovna isə MŞ-nin müstəqil üzvləridir.

Xatırladaq ki, İlya Arxipov bu ilin aprel ayında “PAŞA Maliyyə Holdinqi”nin rəhbərliyinə gətirilib. O, “PAŞA Maliyyə Holdinqi”nin Baş icraçı direktorun müavini və Baş Strategiya və Portfel üzrə Direktor vəzifəsinə təyin olunub. İyunun 16-da isə “PAŞA Sığorta” ASC-nin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilib. Görünən odur ki, İ. Arxipov Holdinqə daxil olan bütün şirkətlərin rəhbərliyində təmsil olunacaq.

Məlumat üçün deyək ki, İ.Arxipov 2019–2026-cı illərdə McKinsey & Company-də tərəfdaş kimi fəaliyyət göstərib. İlya Arkhipov daha əvvəl 2016–2019-cu illərdə Alfa-Bank Ukraine-də İdarə Heyətinin üzvü və Risk Komitəsinin sədri vəzifələrində çalışıb.

C.Qasımov isə “PAŞA Holding”in baş icraçı direktorudur.

O, həm də Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun xalası oğlu, İTV-nin Baş direktoru Balakişi Qasımovun qardaşıdır.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930