Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına əsasən, 2026–2027-ci illərdə Azərbaycanda real ÜDM artımının sürətlənəcəyi, işsizlik səviyyəsinin isə azalacağı gözlənilir.
"PostMedia" hesabata istinadən xəbər verir ki, Azərbaycanda real ÜDM-in artımı 2026-cı ildə 1,7%, 2027-ci ildə isə 2,3% təşkil edəcək.
Ölkədə işsizlik səviyyəsinin 2026-cı ildə 5,3%, 2027-ci ildə isə 5,2% olacağı proqnozlaşdırılır.
İstehlak qiymətlərinin artım tempi isə 2026-cı ildə 5,8%, 2027-ci ildə 5,6% səviyyəsində gözlənilir.