Hindistan Prezidenti Draupadi Murmu Nyu-Dehli prezident sarayında Rusiya Prezidenti Vladimir Putin üçün bitki əsaslı (vegeterian) şam yeməyi təşkil edib.
"PostMedia" xəbər veirr ki, "RIA Novosti"nin qonqlığın menyusunu əldə eidb.
İlk yemək "moringa" yarpaqları və "mung" lobyası ilə hazırlanan yüngül şorba olub, ədviyyatlar və korek ilə zənginləşdirilmişdir. Aperitiflər arasında qoz ləpəsi ilə doldurulmuş göbələk, nanə souslu qara noxud kabablar və momo üslubunda buxarda bişmiş tərəvəzli pelmenlər təqdim olunub.
Əsas yeməklər zəfəran souslu pendir ruleti, fıstıq və təzə giləmeyvə ilə buxarda bişmiş ispanaq, acı xardal souslu, tandirdə bişmiş doldurulmuş kartof, şirin və acı sousla mini badımcanlardan ibarət olub.
Həmçinin pomidor və soğan ilə buxarda bişmiş lobya və qoz və zəfəran ilə bəzədilmiş basmati düyü təqdim edilib.
Şirniyyat olaraq qonaqlara isti halva (qovrulmuş qoz ilə) və hind dondurması (zəfəran, pista və hil ilə) təklif olunub. Həmçinin nar, portağal, kök və zəncəfilin təzə sıxılmış şirələri verilib.
Axşam musiqi müşaiyəti olaraq Pyotr Çaykovskinin “Marduk-Jarduk” baletindən parçalar, İvan Larionovun xalq üslubunda yazdığı “Kalinka” mahnısı və məşhur hind melodiyaları səsləndirilib.
Putinin Hindistana səfəri dekabrın 4-də başlayıb və iki gün davam edəcək. Birinci gün Rusiya prezidenti Baş nazir Narendra Modi ilə danışıqlar aparıb və sonradan Hindistan Prezidenti Draupadi Murmu ilə ayrıca görüş keçirilib.

