N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Tom Barrak: "Gələcəkdə Türkiyə–Azərbaycan enerji dəhlizi çox önəmli olacaq"

05-dekabr-2025
Türkan Nəbi
Tom Barrak: "Gələcəkdə Türkiyə–Azərbaycan enerji dəhlizi çox önəmli olacaq"
Yazı Ölçüsü:

ABŞ-nin Türkiyədəki səfiri və Suriyada xüsusi nümayəndəsi Tom Barrak Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) təşkil olunan konfrans zamanı regiondakı inkişaflar və Türkiyə–ABŞ münasibətləri barədə danışıb.

"PostMedia"nın "Anadolu agentliyi"nə istinsdən verdiyi məlumata görə, Ankaradakı ABŞ səfiri Tom Barrack bildirib ki, Türkiyə–ABŞ münasibətlərindəki böhran 4–6 ay ərzində həll oluna bilər.

O, vurğulayıb ki, Tramp və Ərdoğan arasında qeyri-adi dostluq mövcuddur.

Səfirin sözlərinə görə, Türkiyə NATO-da ən böyük müttəfiq olsa da, Avropa tərəfindən lazımi hörməti görmür və Avropa İttifaqı Türkiyəni öz tərkibinə daxil etmək istəmir.

Tom Barrak qeyd edib ki, gələcəkdə Türkiyə–Suriya və Türkiyə–Azərbaycan enerji dəhlizləri çox önəmli olacaq.

Səfir, həmçinin Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasına toxunaraq, ümidini bildirib ki, Türkiyə və Ermənistan arasında sərhəd açılacaq.

Kateqoriyalar