N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Məhkəmə

Müdafiə nazirinin keçmiş müavininin sabiq həyat yoldaşı ərinə xəyanət etdiyini etiraf edib

05-dekabr-2025
Turan Hüseynli
Müdafiə nazirinin keçmiş müavininin sabiq həyat yoldaşı ərinə xəyanət etdiyini etiraf edib
Yazı Ölçüsü:

Rusiya müdafiə nazirinin keçmiş müavini Timur İvanovun keçmiş həyat yoldaşı Svetlana Zaxarova Moskvanın Presnenski məhkəməsində ifadə verərək onların boşanmasına səbəb olan xəyanətlər barədə danışıb.

"Mash" kanalının məlumatına görə, o, İvanovla “böyük sevgi ilə” ailə qurduğunu, lakin evlilik dövründə onun ailədən kənarda iki övladı olduğunu və dörd dəfə boşanma tələb etdiyini bildirib.

"PostMedia" xəbər verir ki, Zaxarova bu davranışların ona “iyrənc hisslər” yaşatdığını deyib və məhkəmədən özünü onun “faktiki həyat yoldaşı” adlandırmamağı xahiş edib.

O, həmçinin qeyd edib ki, hazırda uşaqları ilə yaşadığı ev İvanovun mülkiyyəti deyil. Məhkəmədə Zaxarova etiraf edib ki, Müdafiə Nazirliyində “əxlaqsızlıq mühiti” səbəbindən onu işdən ayrılmağa inandırmağa çalışıb.

İfadə zamanı Bqatouria tərəfinin vəkili Zaxarovanın sözlərinin Rusiya Silahlı Qüvvələrini bütöv şəkildə deyil, yalnız ayrı-ayrı əməkdaşları tənqid etdiyini vurğulayıb.

TASS-ın məlumatına görə, 5 dekabrda Presnenski məhkəməsi Baş Prokurorluğun iddiasını əsasən təmin edərək, dəyəri 1,2 milyard rublu aşan İvanovun əmlakının dövlət geyrinə müsadirəsinə qərar verib.

Kateqoriyalar