N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Macarıstan Aİ-nin Rusiya aktivləri üzrə “B planı”nı bloklayıb - "Politico"

05-dekabr-2025
Admin
Macarıstan Aİ-nin Rusiya aktivləri üzrə “B planı”nı bloklayıb - "Politico"
Yazı Ölçüsü:

Macarıstan Avropa İttifaqının Ukraynaya maliyyə dəstəyi üçün nəzərdə tutulan yeni avroobligasiya buraxılışını bloklayıb.

"PostMedia" bu barədə "Politico" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, bu qərar Aİ-nin Kiyevə 165 milyard avroluq kreditin maliyyələşdirilməsi üçün alternativ mexanizm hazırlamaq imkanlarını məhdudlaşdırır.

Brüssel Rusiya aktivlərinin istifadəsi ilə bağlı qərar qəbul edilməyəcəyi təqdirdə avroobligasiyaları “B planı” kimi qiymətləndirirdi. Lakin Budapeşt bu sxemə qarşı çıxaraq təşəbbüsün reallaşmasına mane olub.

Politico-ya danışan iki diplomat bildirib ki, avrobondların Aİ-nin yeddiillik büdcəsi hesabına təmin olunması nəzərdə tutulurdu. Bu isə Ukraynaya maliyyə yardımının daha davamlı şəkildə təşkilinə kömək edə bilərdi.

Macarıstanın qərarı Almaniya kansleri Fridrix Mers və Belçikanın baş naziri Bart de Veverin Brüsseldə planlaşdırılan görüşündən bir neçə saat əvvəl məlum olub. De Vever əvvəllər də Rusiyanın dondurulmuş aktivləri hesabına Kiyevə kredit verilməsinə qarşı çıxmışdı.

Hazırda Aİ Ukraynanın uzunmüddətli maliyyələşdirilməsi üçün yeni variantlar axtarır, lakin Macarıstanın vetosu mövcud mexanizmləri daha da çətinləşdirir.

Kateqoriyalar